Dünyanın ən böyük teleskopunun tikintisinə başlanıldı



 13:25 27.09.2022     413

Çin Sincan-Uyğur Muxtar rayonunda dünyanın hərəkət edə bilən ən böyük radio teleskopunun tikintisinə başlanılıb.

Demedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, inşaa işləri Guçung rayonunda aparılır. Məlumata görə, Sincan radio teleskopu hərəkət edə bilən 110 metr uzunluğundakı antenaya sahib olacaq. Teleskop istifadəyə veriləndən sonra hazırda dünyanın ən böyük hərəkət edə bilən radio teleskopu olan ABŞ-ın Qərbi Virciniya ştatındakı “Green Bank” teleskopundan bir neçə metr böyük olacaq.

Sincan radio teleskopunun inşaasının bir neçə il davam edəcəyi bildirilir. Sincan radio teleskopundan kosmosda aparılan araşdırmalar üçün istifadə ediləcək.

Bahadur Seyidov