Rusiyaya nüvə silahı barədə xəbərdarlıq edildi
“Ukraynada nüvə silahından istifadə edəcəyi halda bunun Moskva üçün faciəvi nəticələri olacağı barədə Rusiyaya xəbərdarlıq edirik”.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzə müşaviri Ceyk Sallivan açıqlama verib. O bildirib ki, mümkün nüvə hücumuna ABŞ və müttəfiqləri qərarlı formada cavab verəcək. Sallivan cavabın nələrdən ibarət olacağının açıq və qəti olduğunu ifadə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin ərazi bütövlüyünə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyini açıqlayıb.
Bahadur Seyidov