Daha 9 yük gəmisi Ukrayna limanlarından ayrılıb
Ukrayna limanlarından taxılın daşınması prosesi davam edir.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, daha 9 gəmi Ukrayna limanlarından ayrılıb. Gəmilər nəzərdə tutulan məntəqələr istiqamətində üzür.
Qeyd edək ki, Türkiyədə BMT, Türkiyə, Rusiya və Ukrayna taxil sazişi imzalayıb. Sənədə görə, gəmilər Ukrayna limanlarından ayrılandan sonra Türkiyədəki yoxlama məntəqəsinə gəlir. Burada gəmidə silah-sursatın olub-olmadığı yoxlanılır. Ardınca gəmilər taxılı dünya bazarına daşıyır. Ukrayna limanlarından 25 milyon ton taxılın daşınması mümkündür.
Bahadur Seyidov