Mobil BANKÇILIQ: üstünlükləri... - Araşdırma
Müasir dünyanı smartfonsuz təsəvvür etmək olmaz. İlbəil də smartfonların sayı artmaqdadır… Təkcə 2018-ci ildə smartfonların sayı 3 milyardı keçib. 2022-ci ildə bu rəqəmin 10 milyarda çatacağı gözlənilir.
Smartfonların sayının artması ilə yanaşı, onların texniki imkanları da güclənir. Bir çox mütəxəssislər artıq smratfonlara “cib kompyuteri” deyir. Bu, təsadüfi deyil. Hazırda notebook və ya personal kompyuter ilə eyni gücdə əməli yaddaşa sahib olan smartfonlar da var.
Smartfonların bir üstünlüyü də daim onların əl altında olmasıdır. Onlarla işləmək, oyun oynamaq, sevimli filmlərə baxmaq və alış-veriş etmək mümkündür. “Smartfonla alış-veriş” deyəndə heç də təəccüblənmək lazım deyil… Bunun üçün mobil bankçılıq sistemi, daha dəqiqi, bankların mobil tətbiqləri mövcuddur. Hətta, elə mobil tətbiqlər var ki, bir neçə bankın kartını eyni anda istifadə etməyə imkan verir. Nəticədə, plastik kartları yanınızda gəzdirmək məcburiyyətindən xilas olursunuz…
Mobil tətbiqdən istifadə etməklə istənilən an, istənilən yerdə alış-veriş etmək, ödənişləri ödəmək, bank hesabınızdakı məbləği yoxlamaq, kartdan karta pul köçürmək, əmanət hesabı açmaq, yaxud əmanətinizi idarə etmək olduqca rahatdır…
Aylıq ödənişlər üçün mobil tətbiqlərdə avtomatik ödənişlər də qura bilərsiniz. Əgər hesabınızda yetərli məbləğ varsa, hər ay ödədiyiniz internet, kredit, su pulu kimi ödənişləri mobil tətbiq özü həyata keçirir.
Mobil tətbiqin üstünlüklərindən biri də banka getmədən sizi maraqlandıran suallarla bağlı bankın əməkdaşına birbaşa müraciət etmək imkanıdır.
Günümüzün tələbatına çevrilən mobil bankçılıq, yəni bankların mobil tətbiqindən istifadəni seçərək siz vaxtınıza qənaət etməklə yanaşı, əsəblərinizi də qoruya biləcəksiniz… Amma, unutmayın, çalışın ki, yalnız və yalnız bankın rəsmi mobil tətbiqini yükləyəsiniz.
BirBank Kapital Bank-ın təqdim etdiyi mobil bankçılıq tətbiqidir. Tətbiq 1 milyondan çox istifadəçi ilə ölkəmizdə maliyyə kateqoriyasında ən çox yüklənilən mobil tətbiqdir. App Store, Play Store və SimilarWeb-in reytinqlərində BirBank “#1 TopFreeFinance” olaraq göstərilir.
BirBank 2018-ci ildə “Elektron hökumət və maliyyə-bank mobil tətbiqləri” nominasiyası üzrə “Milli İnternet mükafatı”-nın qalibi olub. 2018-ci ildə, eyni zamanda, “İnternational Finance” jurnalı tərəfindən ölkəmizdə “Most innovative mobil bank”-Ən innovativ mobil bank tətbiqi seçilib.
Bank kartı olan istənilən şəxs, sadəcə, bir neçə dəqiqə ərzində BirBank-da qeydiyyatdan keçərək bank xidmətlərini, onlayn sifariş və ödənişləri, sadəcə, telefonundan idarə edə bilər.
Bahadur Seyidov / Demedia.az