Paşinyan-Makron görüşünün əsl səbəbi... - DETALLAR
"Paşinyanın Makronla təcili görüşü, Ter - Petrosyanın Ermənistanın dövlət televiziyasına verdiyi müsahibə bir daha təsdiq edir ki, Azərbaycan qəti şəkildə Paşinyana öz şərtini qoyub".
Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, əgər Ermənistanın siyasi arenasında olan qruplar şərtlərimizi qəbul etməsələr 8 ay sonra tamam başqa vəziyyətlə qarşılaşa bilərlər:
"Ona görə Paşinyan və müxalifət arasında açıq söhbət olmalı və sülh müqaviləsinə imza atılmalıdır.
Sülh müqaviləsi Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını ehtiva edir. Makron və Blinken isə zənglərinin cavabsız qalma ehtimalları haqqında düşünsünlər və gələcəyə Vilsonun eynəkləri ilə baxmasınlar".
Xəyalə Məmmədova / Demedia.az