ABŞ Ermənistanda mövcud hakimiyyəti qorumaq istəyirsə... - Politoloq açıqladı
"ABŞ Ermənistanda mövcud hakimiyyəti qorumaq istəyirsə, bu ölkənin Rusiyanın orbitində çıxmaq üçün strateji plan həyata keçirirsə, ilk növbədə Yerevanı Azərbaycanla sülh müqaviləsinin bağlanmasına sövq etməlidir".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, əgər, Vaşinqton Yerevana verdiyi dəstək siyasəti və Rusiyaya qarşı ikinci Gürcüstan ssenarisini tətbiq edəcəksə, müsbət nəticə olmayacaq. Ermənistanın Təhlükəsizlik katibi Armen Qriqoryan ABŞ səfər edir. İkitərəfli yüksək səviyyədə səfərlərin təşkili Ermənistanda yeni "ümidlər" yaradır və Azərbaycanla hərbi qarşıdurmaya gətirəcəyi gözlənilir.
Ermənistanın Azərbaycanla hərbi qarşıdurması isə, bu ölkədə Rusiyanın mövqeyini getdikcə zəiflədəcək və bu hərbi qarşıdurma həm Moskvanın həm də ABŞ -maraqlarina xidmət edir. İtirən Ermənistan olacaq. Qazanan isə, Azərbaycan olur.
Bundan əlavə, regionda sülh istiqamətində proses dayanır. Vaşinqtonun Ermənistan siyasəti heç də Azərbaycanla normallaşma prosesinə xidmət etmir".
Xəyalə Məmmədova / Demedia.az