Mobil hökumətdə vəziyyət necədir? - Ekspert
"EGov sektorunda ən populyar mobil tətbiqlərlə bağlı qısa bir araşdrıma ilə müəyyən etmək olar ki, bizdə hələlik onların sayı çox azdır. Cəmi bir neçə bu tip mobil həllər var. Bizim ən populyar hökumət həllərinin İOS və ya Android platformalarda yükənmə sayı maksimal 500 mindir, hazırda isə əsasən 100 min istifadəçi bu mobil tətbiqləri telefonlarına yükləyiblər".
Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, ən populyar hökumət rəqəmsal həlləri aşağıdakılardır (rəqəmlər Play market -dən götürülüb, son vəziyyəti əks etdirməyə bilər:
Asan növbə (500K)
eSosial (500K)
Mobil Notariat (100K, resusrun sahibi olan Ədliyyə Nazirliyin İT komandası yükləmə sayının 400 min olduğunu bildirir.
myGov(100K)
Smart Customs(100K)
SİMA (50K, resusru az qala hər gün yeniləyən AzİnTelecomun İT komandası yükləmə sayının 77 min olduğunu bildirir.
Maraqlıdır ki, Ədliyyə Nazirliyinin Mobil Notariat-ı və RİNN-in SİMA-sı çox qısa müddətdə populyarlaşıb və reytinq qazanıb.
Funksionallıq və faydalılıq baxımından Mobil Notariat rəqəmsal həlli dövlət resursları içərisində kəskin fərqlənir.
Əgər SİMA rəqəmsal imzasının sahibkarlıq variantı işə salınsa və Dövlət Vergi Xidməti SİMA-inteqrasiya etsə düşünmək olar ki, qısa zamanda SİMA ölkədə ən populyar, ən çox yüklənən rəqəmsal həll olacaq.
Maraqlıdır ki, dövlət qurumlarında bu cür mobil resursların yenilənməsinə yanaşmalar da müxtəlifdir.
Daha tez-tez yenilənmələrə Smart Customs-da rast gəlmək mümkündür.
İndiyədək ən çox rəy yazılan (39 min) mobil hökumət resursu da məhz Smart Customs olub. Görünür ki, vətəndaşlarımız alış-verişi daha çox xaricdən edirlər .
Yeri gəlmişkən, düşünürəm ki, DGK-nın bu faydalı resursunun daha da təkmilləşdirilməsinə, iki pilləli bəyanetmənin sadələşdirilməsinə də ehtiyac var.
Düşünürəm ki, hökumət həm mobil rəqəmsal həllərin hazırlanması, həm də onların populyarlığının artırılması istiqamətində səylərini gücləndirməılidir.
Fikrimcə, mobil hökumət quruculuğu istiqamətində işlər çox ləng gedir.
Rəqəmsal xidmətlərin, sənədlərin rəqəmsal versiyalarının hazırlanması və mobilə inteqrasiyası gücləndirilməlidir.
Hazırda vergi və təhsil xidmətləri ilə bağlı, əmlak və xəritə xidmətləriilə bağlı, MİDA ilə bağlı hökumət mobil həllərinə ciddi ehtiyac var.
Xüsusilə də myGov-u daha da təkmilləşdirmək, vətəndaşlar üçün gərəkli olan sənədlərin rəqəmsal versiyalarını ora inteqrasiya etmək, onun faydalılığını artırmaq çox vacibdir.
Bir müddət öncə məhkəmə ilə bağlı, həmçinin vergi ilə bağlı yeni mobil tətbiqlərin hazırlanması üzrə işlərin aparıldığı haqqında müvafiq dövlət qurumları tərəfindən açıqlamalar verilib".
Xəyalə Məmmədova / Demedia.az