Dünyanın ən yeni adası: Sonadan YOX OLA BİLƏR



 19:11 27.09.2022     644

Dünyanın ən yeni adası məlum olub.

Demedia.az xəbər verir ki, yeni ada Tonqa arxipelaqının mərkəzindəki Haapai adaları qrupu arasında su altında qalan Home Reef vulkanının lava, buxar və kül buludlarını püskürtməyə başlamasından təxminən 11 saat sonra ortaya çıxıx və ətrafdakı suyun rəngini dəyişib.

Tonqa Geoloji Xidmətlərinin tədqiqatçıları 14 sentyabrda yeni adanın sahəsinin təxminən 4000 kvadratmetr olduğunu təxmin eiblər. Sentyabrın 20-də isə ada 6 dəfə böyüyərək 24 000 kvadrat metr ərazini əhatə edib.

Amma təəssüf ki, NASA Yer Rəsədxanası qeyd edib ki, adanın ömrü çox da uzun olmaya bilər.

Kosmik agentliyin açıqlamasında deyilir: "Sualtı vulkanların yaratdığı adalar adətən qısa ömürlüdür, lakin bəzən illərlə qala bilər".

Aysun / Demedia.az