Saatda 205 kilometr sürətlə irəliləyir: Minlərlə ev işıqsız qaldı



 23:07 27.09.2022     571

Karib hövzəsində təsirli olan 3-cü kateqoriya səviyyəsində olan “Yan” qasırğası Kubanın Pinar del Rio əyalətinə düşüb.

Demedia.az xəbər verir ki, Qasırğa səbəbindən 850 min insan işıqsız qalarkən, 50 min insan təxliyə edilib.

“Yan” qasırğası Karib dənizində Kubanı vurub. Kuba Meteorologiya İnstitutunun (INSMET Cuba) verdiyi açıqlamada, Saffir-Simpson şkalası ilə 3-cü kateqoriya qasırğa səviyyəsinə çatan Yan qasırğasının Pınar del Rio əyalətinin La Koloma qəsəbəsinə çatdığı bildirilib. Qasırğa səbəbindən 50 min insan təxliyə edilib. Ölən yoxdur.

Bölgədə sürəti saatda 205 kilometrə çatıb.

Aysun / Demedia.az