Tez-tez yemək yeməyin orqanizmə ZİYANLARI
Həzm prosesi ağızda tüpürcək vəzlərinin ifraz etdiyi şirələrlə başlayır.
Qidanın kimyəvi tərkibi haqqında toplanan məlumatlar ağızdakı dadbilmə reseptorları vasitəsilə beyinə ötürülür. Beyin bu məlumatı analiz edir və həzm prosesini buna görə proqramlaşdırır. Qida nə qədər yaxşı çeynənsə beyin həzm sistemini o qədər yaxşı nizamlayar. Lazımi qədər çeynənən qidanın dadı və qoxusu ağızda dağılır və qaymağabənzər maye halına düşür. Bu proses 15 ilə 40 çeynəmə hərəkətinə əsaslanır. Ağızda çox sayda dadbilmə reseptorları var. Buna görə də içkiləri kiçik udumlarla içmək, yeməkləri xırda tikələr halında yemək lazımdır.
Süd, ət suyu, meyvə və tərəvəz şirəsi, eləcə də, su kiçik udumlarla ağıza alınmalı, ağz şirəsi ilə yaxşıca qarışdıqdan sonra udulmalıdır. Qidalar lazımi qədər çeynənməsə, həzm ilk etapdan etibarən pozular. Tez-tez yeyən daha çox yeməyə məcbur olur. Çünki orqanizm, sadəcə, kimyəvi birləşmələrdən əldə olunan enerjini istifadə edir. Ağızdakı dadbilmə reseptorları vasitəsilə qidadan lazımi enerjini ala bilmir.
Yaxşı çeynənməyən qida mədəyə kütlələr halında daxil olur. Mədə bu kütlələri həzm etməkdə çətinlik çəkir. Ona görə də, onları, sadəcə, çürütməyə məcbur olur. Təzə ağ çörək və ət parçaları ən zərərlisidir. Mədədə çürüməyə başlayan kütlələr bağırsaqlara enir və orada çürüməyə davam edir. Bağırsaqlardakı çürümə qandakı leykositlərin artmasına səbəb olur. İmmun sistemi bu vəziyyətdə qoruma proqramına keçir. Hər dəfə yemək zamanı bu hal təkrarlanarsa immun çatışmazlığına qədər gedib çıxar.
Təzə meyvə-tərəvəzlərin lifləri, hətta, çəyirdək və qabıqları həzm olunarkən bu hallar baş vermir. Bu qidalar bağırsaqda yaşayan xeyirli mikrobları artırır. Meyvə-tərəvəzləri qabıqlarıyla və bir neçə çəyirdəklə birgə yemək olar.
Yaxşı çeynəməyin faydaları aşağıdakılardır:
Daha az, yəni orqanizmin ehtiyacı olan qədər yemək. Beləcə, qidalardan əldə olunan enerji tam mənasilə istifadə olunur;
Qarışıq yeməklərin orqanizmə verdiyi zərər minimuma enir;
Həzm prosesi daha az vaxtda baş verir;
Mədə, mədəaltı vəz, qaraciyər və bağırsaqların işi asanlaşır;
İnsulin də daxil olmaqla daha az hormon xərclənir;
Mövcud olan xəstəliklərin baş qaldırma riski azalır;
Artıq çəki meydana gəlmir;
Yaxşı çeynənməyən qida qaraciyər, dalaq və ürək üçün ağır yükdür. Bu orqanların vəziyyəti psixoloji duruma birbaşa təsir edir. Həzm problemləri, diabet, mədə-bağırsaq, qaraciyər, dalaq və demək olar ki, orqanizmdəki əksər problemlərdən qurtulmaq üçün bəzən, sadəcə, qidalanma və qidanı çeynəmə intizamına əməl etmək bəs edir.
Bahadur Seyidov / Demedia.az