ABŞ-dan Yunanıstana: "Gərginliyi artırmayın"



 10:27 28.09.2022     605

Türkiyənin Yunanıstanın Egeydəki Midilli və Samos adalarına beynəlxalq hüququ pozaraq zirehli hərbi maşınlar göndərməsindən şikayət etməsindən sonra ABŞ məsələ ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Yunanıstana gərginliyi artırmamaq üçün mesaj verib. 

Mövzu ilə bağlı sualı cavablandıran Prays, Rusiyanın suveren bir dövləti işğal etdiyi, transatlantik və beynəlxalq ictimaiyyətin Ukrayna xalqının Rusiyanın təcavüzünə qarşı durduğu bir vaxtda, indi NATO arasında gərginliyi artıra biləcək bəyanatların və ya hərəkətlərin vaxtı deyil.

Prays həmçinin bildirib ki, Birləşmiş Ştatlar NATO müttəfiqlərini regionda sülh və təhlükəsizliyi qorumaq və fikir ayrılıqlarını həll etmək üçün diplomatik şəkildə birgə işləməyə təşviq etməyə davam edir:

“Biz düşünürük ki, biz hamımız üçün kollektiv təhdid olan Rusiyanın təcavüzünə diqqət yetirməliyik. Vaşinqtonun diqqəti hazırda Ukraynaya yönəlib".

Aysun / Demedia.az