Kanada Rusiyaya sanksiya tətbiq edir



 15:16 28.09.2022     354

“Kanada Ukraynanın işğal edilmiş ərazilərində keçirilən saxta referendumu tanımayacaq”.

Demedia.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo belə açıqlama verib. O bildirib ki, referendum qanunsuzdur. “Donetsk, Luqansk, Xerson və Zaporojyedəki saxta referendumun  qəti şəkildə heç bir qanuni tərəfi yoxdur” deyən hökumət başçısının sözlərinə görə, Rusiyanın seçicilərə güc tətbiq etdiyinə dair hesabatlar var:

“Bu referendum Putinin xəritəni istədiyi kimi cızmaq üçün təşkil edilir. Bu, beynəlxalq qaydalara açıq şəkildə qarşıdır. Məsələni daha da gərginləşdirən bu davranışa cavab olaraq, bu son davranışa dəstək verən şəxslərə və qurumlara yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçiririk”.

Bahadur Seyidov