BMT Yəməndəki atəşkəslə bağlı çağırış etdi



 16:58 28.09.2022     353

BMT Yəməndəki atəşkəslə bağlı tərəflərə çağırış edib.

Demedia.az xəbər verir ki, BMT atəşkəsin uzadılmasını və atəşkəs tətbiq edilən ərazilərin genişləndirilməsini irəli sürüb. BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Frundberq bildirib ki, atəşkəsin müddətinin uzadılması ətraflı siyasi müzakirələrə yenidən başlamaq üçün əlverişli şərait olacaq. Onun sözlərinə görə, yəmən xalqı da atəşkəsin davam etməsini istəyir.

Qeyd edək ki, Yəməndə atəşkəsin müddəti başa çatmaq üzrədir.

Bahadur Seyidov