Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu



 17:15 28.09.2022     375

Çinin Sahil Mühafizə Xidmətinə məxsus hərbi gəmilər Şərqi Çin dənizindəki mübahisəli ərazilərə daxil olub.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiya tərəfi açıqlama verib. Bildirilir ki, Çin gəmiləri mübahisəli Senkaku adaları ətrafında üzüb. Bildirilir ki, Çin gəmiləri Yaponiyanın balıqçı gəmilərinə yaxınlaşıb. Yaponiya qarşı tərəfə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq edəndən sonra çinlilər uzaqlaşıb.

Qeyd edək ki, Çin gəmiləri tez-tez mübahisəli sulara daxil olur. Çin və Yaponiya Senkakau ətrafındakı ərazilərə iddia edir.

Bahadur Seyidov