Şimali Koreya ballistik raket atdı



 16:43 28.09.2022     307

Şimali Koreya növbəti dəfə ballistik raketin sınağını təşkil edib.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, Şimali Koreyanın atdığı raketin xüsusiyyətlərini müəyyən etmək mümkün olmayıb. Yaponiya tərəfi də Pxenyanın ballistik raket atdığını təsdiq edib. Yaponiya regiondakı gəmilərə bu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ Prezidentinin köməkçisi Kamala Harris Cənubi Koreyaya səfər edəcək. Pxenyanın raket sınaqlarının buna cavab olduğu bildirilir.

Bahadur Seyidov