Sərnişin təyyarəsində gərginlik - Qırıcılar havaya qalxdı



 17:42 28.09.2022     1053

Sinqapur Hava Yollarına məxsus sərnişin təyyarəsində gərginlik baş verib.

Demedia.az xəbər verir ki, sərnişinlərdən biri çantasında bomba olduğunu iddia edərək, heyət üzvlərinə güc tətbiq edib. Dərhal döyüş təyyarələri havaya qaldırılıb. Döyüş təyyarələrinin müşayəti ilə sərnişin təyyarəsi hava limanına endirilib. Məlumata görə, 37 yaşlı şübhəli nəzarətə götürülüb. Yoxlamalar zamanı təyyarədə bomba tapılmayıb. O, terror təhdidinə görə nəzarətə götürülüb. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Bahadur Seyidov