Saxta çevriliş iddialarından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdi
Çin sədri Si Cinpin saxta çevriliş iddialarından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Demedia.az xəbər verir ki, dövlət televiziyası olan CCTV-nin məlumatına görə, Si Cinpin Pekindəki sarayda təşkil edilən tədbirə qatılıb. Tədbir Si Cinpinin 10 illik hakimiyyəti dövründəki iqtisadi məsələlərə həsr olunub.
Qeyd edək ki, Si Cinpin sentyabrın 15-də Şanxay Əməkdaşlıq təşkilatının toplantısında iştirak etmək üçün Özbəkistana səfər etmişdi. Bu, Si Cinpinin 2,5 ildən sonra ilk xarici səfəri idi. Xarici KİV-lərdə Si Cinpinin səfərdən qayıdandan sonra nəzarətə götürüldüyü və Çində çevriliş olduğu barədə iddialara ortaya atmışdı. İddialara təsdiqini tapmayıb.
Bahadur Seyidov