ABŞ ordusu İran PUA-sını vurub



 12:14 29.09.2022     354

ABŞ ordusu İraqın Ərbil şəhəri istiqamətində uçan İrana məxsus PUA-nı vurub. 

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Qüvvələri Komandanlığı məlumat yayıb. Açıqlamada İranın bu həmləsi İraqa hücum kimi dəyərləndirilib. Bildirilib ki, İran PUA-sı ABŞ-ın hərbi qüvvələri üçün də təhdid təşkil edib. Açıqlamada İranın Ərbil şəhərinə hücumu qınanıb.

Qeyd edək ki, İranın İraqın şimalındakı silahlı qruplaşmaların mövqelərinə hücum təşkil etdiyi barədə məlumatlar yayılmışdı. İraqın şimalındakı kürd muxtar vilayətinin məlumatına görə, hücum zamanı 7 nəfər ölüb, 24 yaralı var.

Bahadur Seyidov