Avropa Birliyi Ukraynanın işğal edilmiş ərazilərində referendum keçirilməsini qınayıb



 14:50 29.09.2022     460

Avropa Birliyi Rusiyanın Ukraynanın işğal edilmiş ərazilərində referendum keçirməsini qınayıb.

Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin ofisindən açıqlama verilib. Açıqlamada bildirilir ki, Avropa Birliyi saxta referendumu, nəticələrini və nəticələrinə əsaslanan tədbirləri tanımır. Açıqlamada BMT nümayəndələrinə də oxşar çağırışlar etmək barədə çağırış edilib. Bildirilib ki, Rusiya saxta referendumla beynəlxaql formada qəbul edilmiş sərhədləri güc yoluyla dəyişmək istəyir.

Qeyd edək ki, Avropa Birliyi saxta referendum görə Rusiyaya qarşı 8-ci sanksiya paketinin tətbiq edib.

Bahadur Seyidov