Çin işğal edilmiş ərazilərdə referendum keçirilməsinə qarşı çıxdı
Çin Ukraynanın işğal edilmiş ərazilərində keçirilən “referendum” barədə çağırış edib.
Demedia.az xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Cang Cun gərginliyin siyasi yollarla həll edilməsinə çağırıb. O bildirib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.
“İşimiz tərəfləri ən qısa vaxtda siyasi həll yoluna qapı açmağa təşviq etməkdir. Fikir ayrılıqlarına səbəb olan bütün qanuni məsələlərin və bütün seçimlərin masada olmasını təmin etməliyik” - diplomat bildirib.
Qeyd edək ki, Rusiyanın təyin etdiyi qurumlar Ukraynanın işğal edilmiş Donetsk, Xerson, Zaporojye və Luqansk ərazilərində saxta referendum keçirir.
Bahadur Seyidov