Rusiya və Əfqanıstan buğda idxalı ilə bağlı razılığa gəlib
Rusiya və Əfqanıstan buğda idxalı ilə bağlı razılığa gəlib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə nümayəndəsi Zamir Kabulov Tass agentliyinə açıqlama verib. O bildirib ki, Rusiya taxılının idxalı ilə bağlı Əfqanıstanla ilkin razılaşma əldə edilib. Rus nümayəndənin sözlərinə görə, razılaşma enerji, yanacaq və buğda idxalını əhatə edir. Kabulov bildirib ki, hazırda tərəflər idxalın həcmi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Qərbin sanksiyalarından sonra Rusiya məhsullarını satmaq üçün Asiya bazarlarına yönəlib.
Bahadur Seyidov