İsveçrədə fəlakət: Alimlər xəbərdarlıq etdi



 13:45 29.09.2022     335

İsveçrədə buzlaqların 6 faizi əriyib.

Demedia.az xəbər verir ki, bu barədə İsveçrənin Elmlər Akademiyası məlumat yayıb. Məlumata görə, bu son 19 ilin rekord göstəricisidir. Məlumata görə, buzlaqların əriməsi yağışın miqdarının azalaması və temperaturun yüksəlməsi ilə əlaqədardır. Bu isə iqlim dəyişikliyinin olduğunu sübut edir. Elm adamlarının sözlərinə görə, buzlaqların 6 faizinin əriməsi “fəlakət “kimi qəbul edilməlidir. Elm adamları bildirib ki, bu il 3 kub kilometr buzlaq əriyib. Bu isə 3 trilyon litr su deməkdir. Alimlər iqlim dəyişikliyinin fəsadları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsveçrə hökuməti buzlaqların əriməsinin qarşısını almaq üçün 3,2 milyard İsveçrə frankını əhatə edən tədbirlər hazırlayıb.

Bahadur Seyidov