Baş verənlərlı bağlı ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür - Şərh



 15:08 29.09.2022     705

"28 sentyabr Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ən azı 3 erməni əsgəri məhv edilib. Hadisədən dərhal sonra Nikol Paşinyan status paylaşaraq Azərbaycanı Ermənistan sərhədləri daxilində təxribat törətməkdə və atəşgəsi pozmaqda günahlandırıb. Burada gəlirik əsas mətləbə! Paşinyan indidentlərin qarşısını almaq üçün beynəlxalq monitorinq missiyasının yerləşdirilməsinin vacibliyini qeyd edib. Xatırladım ki, bundan əvvəl Paşinyan ABŞ da və Fransada səfərlərdə olarkən bir neçə dəfə beynəlxalq missiyanı ölkəsinə dəvət etmişdi".

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Qarabağdan fərqli olaraq hazırki toqquşmalar zamanı Ermənistanın baş naziri de yure istədiyi ölkə və təşkilatı Qərbi Zəngəzura və Göyçəyə dəvət edə bildiyini yaxşı bilərək belə bir addım ataraq Rusiyaya qarşı demarş etmiş olur:

"Rusiya sərhədçilərinin, fsb sinin və 102 ci bazasının Ermənistanda olduğu bir vaxtda İrəvanın son 1 aydakı bəyanatları İrəvan - Moskva arasında iplərin qopması deməkdir.

Ermənistan ordusunun Azərbaycan ordusu istiqamətində törətdiyi təxribatlar və İrəvanın Qərbdəki bəzi dövlətlərlə bağlı qapılar arxasında əldə etdiyi razılaşmalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda daha bir qapaz başlarında çatlayacaq.

Bu arada, ərköyün Ermənistanın Qafqaza beynəlxalq qüvvələri gətirmək istəyi fonunda İranın susqunluğu qəribə və başadüşülən deyil. Sərhədlərin dəyişməsinə qarşı çıxan Tehran birazdan müxtəlif bayraqlarla silahlı əsgərləri görəndə nə edəcək?

Birmənalı şəkildə qeyd edə bilərik ki, Qarabağla bağlı vaxtın uzatmasının tərəfdarı olan müxtəlif istiqamətli qüvvələrin fəaliyyəti bölgəni geosiyasi toqquşma meydanının hərbi mərhələsinə çatdıra bilər. Bu isə, olduqca təhlükəlidir.

Baş verənlərlı bağlı ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür".

Xəyalə Məmmədova / Demedia.az