Ermənistana qarşı Moskva təzyiqlərə başlayacaq - Politoloq



 16:03 29.09.2022     700

ABŞ, Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasına başlayıb.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, prosesi sülh müqaviləsinin imzalanması ilə sonlandırmağa çalışır:

"ABŞ Dövlət departamenti Prezidentin köməkçisi Hikimət Hacıyevlə Ermənistan Təhlükəsizlik şurasının katibi A. Qriqoryanla görüşünü təşkil edib. Bundan əvvəl, xarici işlər nazirlərinin görüşünü təşkil etmişdir. Görünür, Bakı və Yerevan arasında Brüssel formati və Moskvanın vasitəçiliyi arxana plana keçirir.

Belə bir diplomatik danışıqlar ABŞ-ın Azərbaycana qarşı təzyiqlərini neytrallaşdıracaq. Müəyyən qədər neytral siyasət ortaya qoyacaq. Vaşinqtonun iki dövlət arasında sülh müqaviləsinin bağlanmasi istiqamətində səyləri qısa müsbət nəticə verməyəcək. Vaşinqton vasitəçiliyi Rusiyanın Ukraynada məğlub olması fonunda aktivləşib. Rusiyanın buna münasibəti sərt olacaq. Ermənistana qarşı Moskva təzyiqlərə başlayacaq.

Qeyd edim ki, Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan Azərbaycanla sülhün zəruriliyini vurğulayır və N. Paşinyana bu istiqamətdə kömək edir. Vaşinqton amma, Azərbaycana təzyiqləri fonunda sülh müqaviləsinin bağlanmasını tələb edərsə, bu alınmayacaq. Çünki Ermənistanın qeyri-konstruktiv şərtləri var. ABŞ bu şərtlərlə getsə, müsbət nəticə olmayacaq".

Xəyalə Məmmədova / Demedia.az