Sarımsaq və zəncəfilin İNANILMAZ FAYDALARI - İmmuniteti az olanlar MÜTLƏQ OXUSUN
Koronavirus epidemiya kimi yayılmağa başlayandan bəri hamı immuniteti gücləndirməyin “min bir üsulu”nu kəşf etməyə çalışır.
Sosial şəbəkələrdə, eləcə də, elektron mətbuatda “bu bitki koronavirusa xeyirdi”, “bu çay virusu yox edir” başlıqlı çox yazıya rast gələ bilərsiniz. Bəs, bütün bunların əsası varmı?
Təbii ki, bəli. Adları sadalanan bir çox bitki və tərəvəzlər, qida məhsulları konkret olaraq koronavirusa qarşı dərman sayılmasa da, immuniteti gücləndirir. İnsanın bütün xəstəliklərə qarşı ən böyük və etibarlı silahı isə elə immun sistemidir. Koronavirusun yayıldığı ilk günlərdə sarımsaq və zəncəfilin birdən-birə qiymətinin artması da təsadüfi olmadı. Çünki, hələ qədimdən insanlar bu iki bitkinin xeyirlərindən xəbərdar idi və təbii müalicə vasitəsi kimi istifadə edirdi.
Qədim Misirdə sarımsaq “kasıbların dərmanı” adlanırdı. Yəni, hər bir xəstəlikdə, əlin heç bir dərmana çatmasa belə, sarımsağa çatırdısa, deməli, sağalmağa ümid vardı. Mikroelementlər, vitaminlər, efir yağları, antioksidantlarla zəngin olan sarımsaq antiseptik xüsusiyyətinə görə mikrob və virus əleyhinə təsirli vasitədir. Soyuqdəymə və qrip simptomplarında da sarımsaq əlçatan və faydasından əmin olduğumuz köməkçidir. Sarımsaq ağız boşluğuna daxil olduğu andan mikrobları öldürməyə başlayır. Orqanizmə daxil olduqdan sonra isə “bir sərkərdə kimi” immun sistemini bakteriya və viruslara qarşı “səfərbər edir”...
Soyuqdəymə və qrip simptomları zamanı ən çox məsləhət görülən bitkilərdən biri də zəncəfildir. Yəqin ki, indiyədək olmasa da, xüsusilə, bu qış çoxlarınız zəncəfil çayını qida rasionunuza daxil etdiniz. Zəncəfil çayının soyuqdəymə zamanı tərləməyə kömək etməsi onun ən sürətlə göstərdiyi effektdir. Günlərlə çəkən quru, yaxud bəlğəmli öskürək zamanı zəncəfil çayı içmək nəfəs borularını təmizləyir, bəlğəmin yaranmasına səbəb olan mikrob və virusları yox edir. Bədənin xəstəliklərə qarşı müqavimətini gücləndirən və zehni gücü artıran zəncəfil çayına bir qaşıq bal qatsanız, daha güclü antiseptik vasitə əldə edə bilərsiniz. Ululardan bizə qalan bir ənənə də səhər süfrəsində mütləq kərə yağın olmasıdır. Günə gümrah və güclü immunitetlə başlamaq üçün kərə yağının səhərlər yeyilməsi təbii sağlamlıq sayılır. Tərkibindəki zəngin lesitin maddəsilə kərə yağı stress əleyhinə də ən yaxşı vasitələrdən biri sayılır. İnsanın sinir siteminin 17%-i lesitin adlı zülaldan ibarətdir və bu zülal beyin hüceyrələrinin yenilənməsinə kömək edir. Tiroid hormonlarının düzgün işləməsi üçün orqanizmin yoda olan ehtiyacının qarşılanmasında da kərə yağından istifadə edə bilərsiniz. Malik olduğu linoleik turşusu kərə yağını iltihab və viruslar əleyhinə əsl antibiotikə çevirir. Sarımsaq və zəncəfilə gözüyumulu etibar edə bilsək də, kərə yağı seçimində bir çox narahatlıqlar yaşayırıq.
Faydasını görə bilmək üçün əsl kərə yağından istifadə etməliyik. Buna görə də bizə sağlamlığımızın təhdid altında olduğu bu günlərdə təbiiliyinə güvəndiyimiz marka lazımdır. Yeni Zelandiya istehsalı olan “Best Cow” kərə yağı əsl kərə yağı axtarışında olanlar üçün əla təklifdir. “Best Cow” kərə yağlarından, nəinki, səhər süfrəsində, istənilən yeməyin hazırlanmasında ürək rahatlığıyla istifadə edə bilərsiniz. “Best Cow” kərə yağlarını çəki və paket formalarında, istədiyiniz çəkidə bütün marketlərdən ala bilərsiniz.
Bahadur Seyidov / Demedia.az