Təxribatı Rusiya təşkil edib - Polşa Moskvanı ittiham etdi



 16:52 29.09.2022     266

“Şimal axını” qaz kəmərlərindəki təxribat Rusiya tərəfindən təşkil edildiyi güman edilir.

Demedia.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbigniev Rau açıqlama verib. O bildirib ki, qaz sızmasının səbəbi araşdırmaların nəticəsindən sonra dəqiq məlum olacaq. “Rusiya enerji təhlükəsizliyi məsələsində Avropada fikir ayrılığını dərinləşdirmək üçün boru xəttinə zərər verə bilər” - diplomat deyib.

Qeyd edək ki,  Rusiyanın Avropaya ixrac etdiyi “Şimal axını” qaz kəmərlərində sızma baş verib. Sızmaya boru xəttinin yaxınlığında törədilmiş partlayışların səbəb olduğu bildirilir.

Bahadur Seyidov