Avropa Birliyi Rusiyanın tualet kağızını da hədəfə aldı



 18:45 29.09.2022     460

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyi təklif sənədi hazırlayıb. Sənəddə Rusiyadan idxal edilən sabun, tualet kağızı və digər bu kimi məhsullar yer alır. Məlumata görə, bu məhsullar Rusiyaya qarşı hazırlanan 8-ci sanksiya paketinə daxil edilib. Paketdə polad məhsulları da yer alır. Avropa Birliyi 8-ci paketə rus neftinə qiymət məhdudiyyətinin tətbiq edilməsi barədə maddəni də əlavə etməyə çalışacaq.

Sanksiya paketi ilə bağlı Avropa Birliyi ölkələri arasında fikir ayrılığı var. 

Bahadur Seyidov