Avropa Birliyi suni intellekt məhsulları ilə bağlı yeni qaydalar hazırlayıb
Avropa Birliyi suni intellekt bağlı məhsullara dair yeni qaydalar hazırlayıb.
Demedia.az xəbər verir ki, yeni qaydalar həmin məhsulları istehsal edən şirkətlər üzərində məsuliyyəti artıracaq və məhsuldan zərər görən alıcılara təzminat ödənilməsini təmin edəcək. Məlumata görə, təkliflər artıq hazırdır. Qaydalara əsasən şirkətlər etibarsız məhsulların fəsadlarına görə təzminat ödəmək məcburiyyətində qalacaqlar. Robotlar, dronlar və suni intellektlə işləyən məişət əşyaları da bu kateqoriyaya daxil ediləcək.
Bahadur Seyidov