Avropada inflyasiya - Belçikada rekord qeydə alındı



 12:25 30.09.2022     247

Belçikada inflyasiya sentyabr ayında 11,27 dərəcəyə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Belçikanın Statistikası komitəsi məlumat yayıb. Məlumata görə, bu son 49 ilin ən yüksək göstəricisidir. Sonuncu dəfə ölkədə belə yüksək göstərici 1975-ci ildə qeydə alınıb.  Məlumata görə, sentyabr ayında daha çox geyim, spirtli içkilər, restoran, təbii qaz, səyahət və digər sahələrdə qiymət artımı qeydə alınıb. Bu sahələrdə qiymət artımı 60,54 faiz olub. Bəzi sahələrdə isə qiymət artımı 100 faizdən çox olub. Hökumət qiymət artımının qarşısının alınması üçün bəzi tədbirlər həyata keçirir.

Bahadur Seyidov