Kəşfiyyatdan xəbərdarlıq - Rusiya Finlandiyanı hədəf seçə bilər



 15:28 30.09.2022     461

Finlandiya NATO-ya üzv olarsa Rusiya kəşfiyyatının hədəfinə çevrilə bilər.

Demedia.az xəbər verir ki, Finlandiya Təhlükəsizlik və Kəşfiyyat təşkilatının hazırladığı hesabatda belə deyilir. Bildirilir ki, Ukraynadakı müharibə ilə bağlı rus diplomatların Qərbdən qovulmasından sonra Moskva əsas diqqətini kiber hücumlar və kəşfiyyat sahəsinə yönəldib. Rusiya ölkəyə səhayət edən turistlərdən və Qərb ölkələrində yaşayan ruslardan kəşfiyyat məlumatları toplamaq üçün istifadə edə bilər. Məlumata görə, Finlandiyanın NATO-ya üzv olması səbəbilə ruslar hərbi alyans barədə kəşfiyyat məlumatları toplamaq üçün Finlandiyanı hədəf seçə bilərlər.

Qeyd edək ki, Rusiyanın Finlandiya ilə 1340 kilometrlik quru sərhədi var.

Bahadur Seyidov