NATO boru xəttindəki təxribatlarla bağlı bəyanat verdi
“Şimal axını” qaz kəmərlərində törədilən təxribatlara qərarlı şəkildə cavab veriləcək.
Demedia.az xəbər verir ki, bu barədə NATO-nun qərarverici qurumu Şimali Atlantika Şurası bəyanat yayıb. Açıqlamada deyilir ki, boru xəttlərində zədə təxribat nəticəsində əmələ gəlib. Bildirilir ki, NATO müttəfiqlərinin əleyhinə yönəlmiş təxribatlara cavab verəcək. Açıqlamaya görə, əldə edilən məlumatlar təxribatın bilərəkdən edildiyini ortaya qoyur.
Qeyd edək ki, Rusiyanın Avropaya ixrac etdiyi “Şimal axını” qaz kəmərlərində sızıntı qeydə alınıb.
Bahadur Seyidov