Ukraynadan 5,5 milyon ton taxıl daşınıb
“Taxil sazişi”ndən sonra Ukrayna limanlarından 5,5 milyon ton taxıl daşınıb.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, taxıl dəhlizindən 235 gəmi keçib. Daşınan yüklər arasında qarğıdalı və digər məhsullar da var. Sazişin icrası davam edərsə, Ukrayna limanlarından 25 milyon ton taxıl dünya bazarlarına çıxarıla bilər.
Qeyd edək ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında birgə sənəd imzalanıb. Sənəddə Ukrayna limanlarındakı taxılın dünya bazarlarına çıxarılması barədə detallar yer alıb.
Bahadur Seyidov