Yadplanetli BİLDİLƏR - Öyrəndiklərindən ŞOK OLDULAR



 16:31 29.09.2022     733

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsində olan əsgərlər böyük bir işıq partlaması görüb şoka düşüblər. 

Demedia.az xəbər verir ki, əvvəlcə gördüklərinin UFO olduğunu düşünən ekipaj həqiqətin nə olduğunu sonradan anlayıb.

Planlı bir tapşırıq üçün havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 Globemaster tipli hərbi yük təyyarəsində çalışan personal ötən şənbə günü təxminən 11 kilometr məsafədə qarşılaşdıqları görüntüdən şoka düşüb. Təyyarəyə rəhbərlik edən Kristian Magliocca bütün heyətin narahat və təəccübləndiyini söyləyərək, ilk qarşılaşma anını “Uçuş davam edərkən hər kəsin diqqətini çəkən yüngül bir partlayış oldu” sözləri ilə yekunlaşdırıb.  Biz üfüqdə maraqlı bir obyektin hərəkət etdiyini gördük və ilk növbədə onu müəyyən edə bilmədiyimiz üçün çox çaşqın olduq.

15-ci Hava Yükləmə Eskadronunun C-17 tipli hərbi yük təyyarəsinin yük bölməsində xidmət edən Maglioccanın sözlərinə görə, reallıq onların düşündükləri kimi deyildi. Gördükləri qarşısında necə davranacaqlarını bilmirdilər. 

Cismin üfüqdə hərəkət etdiyini gördükdən sonra ilk dəqiqələrdə məəttəl qalan C-17 ekipajı daha sonra bunu NASA-nın rəhbərlik etdiyi ARTEMIS proqramı ilə əlaqələndirsə də, əslində reallıq çox fərqli idi. Hərəkət edən obyektin kosmosa buraxılan raket olduğunu düzgün təxmin edən ekipaj buraxılışın məqsədini təxmin edə bilməyib.

Elon Musk tərəfindən qurulan SpaceX, Starlink proqramı çərçivəsində, məhz C-17-nin keçən şənbə günü uçuşda olduğu vaxt Yer orbitinə 52 yeni peyk çıxardı. Üfüqdə görünən bu qəribə mənzərənin səbəbi SPACEX şirkətinə məxsus FALCON-9 raketi ilə buraxılması olub.

Aysun / Demedia.az