Adi bir səhv evini külə çevirdi - Tik-tok istifadəçisinin yaşadığı ŞOK HADİSƏ



 21:01 29.09.2022     707

Son illərdə evlərində bəzi dəyişikliklər etmək istəyənlər peşəkar kömək axtarmaqdansa, özləri təmir etdirməyə üstünlük verirlər.

Demedia.az xəbər verir ki, bu vəziyyətdə bəzən uğursuz nəticələr də qeydə alınır. 

Bu səbəbdən ABŞ-ın Ohayo ştatında yaşayan Emilinin başına gələnlər eşidənləri heyrətə gətirir.

TikTok istifadəçisi Emili ABŞ-ın Ohayo ştatının Dayton şəhərindəki evinin mətbəxini və hamamını təmir etmək və evin digər hissələrini rəngləmək istəyib. Lakin o, yeni mebel almaq və bütün evin rənglənməsinin büdcədən artıq olduğunu görüb. Bir az planlaşdırdıqdan sonra bütün bunları öz başına edə biləcəyini düşünən gənc qadın heç bir kömək almadan mebelləri özü təmir edib evi rəngləmək qərarına gəlib. Axı nə qədər çətin ola bilərdi ki... Sosial mediada “Do It Yourself” videolarına baxan və çoxlu məsləhətlər alan Emili işə başlayıb.

Gənc qadın mebellərini rəngləmək üçün bütün hazırlıqları görüb. Düzgün metodu tətbiq etmək üçün müxtəlif videolara baxdıqdan sonra bütün evi rəngləyib, mətbəxində və hamamında köklü dəyişiklik etdikdən sonra bütün evi qurumağa buraxıb. Lakin onun gözdən qaçırdığı kiçik bir detal evinin fəlakəti olub.
Bütün evi rəngləyərkən o, köhnə parça qırıntılarından istifadə edərək, döşəmədəki ləkələri silib. Boyama prosesi bitdikdən sonra köhnə parçalarını bir çantaya yığaraq mətbəxə qoyub. Ləkələri silmək üçün istifadə edilən köhnə parça qırıntıları quruyanda özünü qızdırmaq qabiliyyətinə malik idi. Yəni boyaya və tinerə məruz qalmış birdən çox parça bir yerə yığılıb kənara qoyulsa, onlar öz-özünə alışıb böyük yanğına səbəb ola bilərlər. Və belə də olur. Emilinin evin bir küncündə torbaya yığdığı parçalar alovlanır və ev məhv olur.

Aysun / Demedia.az