Boru xəttindəki təxribatları ABŞ təşkil edib - Rusiya XİN
“Şimal axını” qaz kəmərlərində təxribatın törədildiyi yer ABŞ kəşfiyyatının nəzarətindəki ərazidə yerləşir.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, boru xəttindəki təxribat ABŞ-ın maraqlarına uyğundur. Rusiya təxribatların ABŞ tərəfindən təşkil edildiyinə işarə edib. Qeyd edək ki, Polşanın keçmiş xarici işlər və müdafiə naziri Radek Sikorski də təxribatın ABŞ tərəfindən təşkil edildiyini irəli sürmüşdü.
Qərb dövlətləri isə təxribatın Rusiya tərəfindən təşkil olunduğunu irəli sürür.
Bahadur Seyidov