Çin və Yaponiya sülh mesajları verdi



 12:45 30.09.2022     371

Çin rəsmiləri Yaponiya ilə münasibətlərin 50-ci ildönümü münasibətilə sülh mesajları veriblər.

Demedia.az xəbər verir ki, Çin tərəfi fikir ayrılıqlarını sülh və dostcasına həll etməyə çağırıb. Çin sədri Si Cinpin Yaponiya ilə münasibətlərə önəm verdiklərini ifadə edib. Yaponiyanın Baş naziri Kişida Fumio da Çin ilə birgə işləməyə hazır olduğunu ifadə edib.

Qeyd edək ki, Çin və Yaponiya arasında bir sıra mübahisəli ərazilər var. Hər iki ölkə Şərqi Çin dənizindəki bəzi adalara iddia edir. Çin gəmilərinin tez-tez mübahisəli ərazilərə daxil olduğu barədə xəbərlər yayılır. 

Bahadur Seyidov