Azərbaycan Ermənistana ciddi zərbə vurmalı, Zəngəzur dəhlizini... - Açıqlama
"Ermənistan iki il ərzində Azərbaycana qarşı ərazi iddialarından geri çəkilmədi. 10 noyabr Birgə bəyannamənin bir neçə bəndini yerinə yetirmir".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, danışıqlar prosesini vaxt qazanaraq silahlanıb, yenidən müharibə etmək planına malikdir:
"Baş verən proseslər bunu göstərir. Azərbaycan Ermənistana ciddi zərbə vurmalı, "Zəngəzur" dəhlizinin açılmasını təmin etməlidir. Həmçinin, Ermənistanla aramızda 15 km. "Bufer zona" yaratmalıdır. Demək olar, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üfüqdə görünmür.
Bu, Ermənistan Baş nazirinin siyasi iradəsizliyindən qaynaqlanır".
Xəyalə Məmmədova / Demedia.az