Ermənistanda tam revanşist siyasət yürüdülür - Açıqlama
"Ermənistanın son bir ildə atdığı rəsmi addımlar açıq-aşkar revanş istəyinin prioritet olduğunu göstərir".
Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O baş verənləri belə şərh edib:
"1. Ermənistan 2023 -cü il üçün hərbi büdcəni 47% artıraraq 1.3 milyard dollara çatdırmağı nəzərdə tutub. Bu, müharibədən məğlub çıxan Ermənistanın büdcəsi üçün böyük məbləğdir
Cari il, elə ötən il də bu ölkənin hərbi xərcləri təxminən 865 milyon dollar civarında olub
2. İndi məlum olur ki, Hindistanla imzalanan müqavilə əsasında Ermənistan 245 milyon dollarlıq hərbi silah-sursat da alıb
3. ABŞ -dakı erməni diaspora cəmiyyəti ANCA məlumat yayıb ki, 1991-ci ildən sonra ilk dəfə Ermənistanın ABŞ-dan silah alması məsələsi nəzərdən keçirilir
4. Ermənistan cari ildə kredit hesabına İspaniyanın SATLANTİS şirkətininin dəstəyi ilə ArmSat1 yerin müşahidə peykini hazırlayıb və gələn il onun idarəedilməsi üzrə infrastuktur qurmağı da planlayıb.
5. Müşahidələrimiz onu deməyə əsas verir ki, erməni diasporası və erməni milyaderləri, xeyli xarici investorlar Ermənistanda texnologiyalara, innovasiyalara və startaplara, tədqiqatlara, İT hazırlığa hədsiz böyük investisiyalar yatırırlar.Yəni görünən odur ki, qısa zaman kəsiyində dövlət büdcəsini artırmağın yolları üzərində baş sındırırlar.
Bütün bunlar onu göstərir ki, Ermənistanda hökumət və ya hökumətin qərarlarına təsir edən qüvvələr tam revanşist siyasət yürüdürlər.
Altdan-altdan öz məkrli işlərini davam etdirirlər.
Müharibədən məğlub çıxan ölkə indi çox zəifdir.
Amma hər an fərqində olmalıyıq ki, düşmən ölkə yatmayıb".
Xəyalə Məmmədova / Demedia.az