Super güclərindən istifadə edərkən kameralara yaxalanan 10 insan - Araşdırma



 19:07 30.09.2022     1195

​Dünyada 8 milyarddan artıq insan yaşayır. Hamısı da özünəməxsus xarakterə, davranışa, bacarıq və vərdişlərə sahibdi. Super güclü olmaq və başqalarından fərqlənməyi də hamı istəyir.

Bəs, həqiqətən də, super güclərə sahib insanlar varmı? Müxtəlif iddialara və söyləntilərə baxmayaraq, super qəhrəmanlar haqda eşitmək bizdə təbəssüm oyadır. Amma, bugünkü videoda görəcəklərimizi izah etmək çətindir. ​

1. Normal sürətlə hərəkət edən sürücünün kamerasına qəribə məqam yaxalanır. Bir adamın qara avtomobilin üzərinə düşdüyü görünür. Amma, oraya necə gəldiyi, hardan düşdüyü bilinmir. Şüaylamı gəldi, keçiddənmi tullandı? Məlum deyil... Yıxılan adamın qəzadan sonra ayağa qalxıb rahatca yoluna davam etməsi videonun ən diqqətçəkən epizodlarındandı.

2. Küçədə çəkilən maraqlı bir video daha. Kartlarla şou göstərən adamın elədikləri ətrafdakı insanların da diqqətini çəkir. Kartları necə uçurduğu müəmmadı. Bəziləri düşünür ki, kartlarla hiyləgərlik edir. Şübhə duyan biri cibindən çıxardığı pulu ona uzadır. Amma, adam güclərindən istifadə edərək kağız pulu da havada saxlayır. Sizcə, o, bunu necə edir?

3. Ölümün nə zaman gələcəyini kimsə bilməz. Küçədə getdiyiniz yerdə yuxarıdan başınıza düşən bir daş belə ölümünüzə səbəb ola bilər. Bu videodakı yaşlı adam və uşaq göz görə-görə ölümə gedirlər. Amma daşın düşdüyü an bilinməyən varlıq tərəfindən xilas olunurlar. Təhlükəsizlik kamerasına yaxalanan bu anların sirri hələ açılmayıb.

4. Yaponların qəribə xüsusiyyətləri və adət-ənənələri haqqında çox oxumuşuq. Samuray ustaları, həqiqətən də, başqa insanlardan çox fərqlidir. Televiziya verilişlərinin birində super gücü olduğunu iddia edən bu yapon da özünə samuray deyir. O, bədənindəki enerjini tək qoluna ötürə bildiyi ilə fəxr edir. Normalda yerin altından çıxarılması çətin olan daşı tək qoluyla çıxaran yaponun bunu necə elədiyi haqqında bir fikriniz varmı? Rəylərdə yaza bilərsiniz.

5. Səmanı çəkən adam təsadüfən göy üzündə qəribə bir cisim görür. İlk baxışda fərq edilməsə də, yaxınlaşdıqca insanabənzər bir şeyin orda olduğunu görə bilirik. Yuxarıdan aşağı baxan bu qəribə nəsnə özünü gizlətməyə çalışan bir super qəhrəman ola bilərmi? Ya da təsadüfən videonu çəkdiyini iddia edən insanın hiyləsidirmi? Bilinmir.

6. Hirslənəndə bütün insanların gözləmədiyimiz reaksiyalarıyla qarşılaşa bilirik. Kompyuterdə işləyən bu adam, deyəsən, hansısa problemlə üzləşib. O, kompyuterə toxunmadan onu “cəzalandırır”. Arxadan kiminsə gizlicə videosunu çəkdiyini fərq edəndə isə görün neynir... Uzaqdan qapını örtür. Belə bir iş yoldaşınız olsaydı, nə edərdiniz?

7. Təhlükəsizlik kamerasının yayılmasıyla birgə, hardasa, həyatımızın bütün anları çəkilir. Bu görüntülərdə bir motosikl sürücüsü var. Düşünmədən birbaşa qatar relslərinə çıxan sürücü az sonra qatarın altında qalır. Amma, növbəti kadrda qatarın motosiklı əzdiyini, onunsa sağ-salamat bu mənzərəni izlədiyini görürük. Sizcə, o, necə xilas oldu?

8. Gecə yarısı avtomobilində gedən bir adam öndəki maşının qəribə hərəkət etdiyini görür. Təəccüblənir. Düşünür ki, yəqin, sürücü sərxoşdu. Qəfil qarşısına çıxan naməlum varlıq onun yolunu dəyişdirməsinə səbəb olur. Sonra da fikrini döndərib qarşıdakı avtomobili təqib edir. Amma, az keçmir ki, qarşıdakı avtomobil yoxa çıxır və bizim sürücü dəmir hasarla qarşılaşır. Sizcə, naməlum sürücü avtomobili ilə birgə hara yoxa çıxdı? Yoxsa, gözəgörünməz kimi dəmir hasardan keçdi?

9. İşıqforun qırmızı işığında çox gözləməyi heç kim istəmir. Bu videoda qəfil görünən qara avtomobil isə onu deməyə əsas verir ki, super gücünüz varsa, qırmızı işığa fikir verməyin. Diqqətlə baxın, qırmızı işıq yanıb, yaşıl işıq istiqamətindəki maşınlar yola davam edir və... Qəfildən yolun tam mərkəzində hardan gəldiyi bilinməyən qara avtomobil peyda olur və yol ayrıcında hərəkət iflic vəziyyətinə düşür.

10. Bu video da avtomobil kamerasına yaxalanıb. Öndəki yük maşınının qəribə hərəkət etdiyini görürsünüz? Yəqin, siz də fikirləşdiniz ki, “əşşi, kamaz sürücüsüdü də...” Əslində isə, diqqətlə baxsanız yük maşınınn hərəkətinə mane olan adamı görəcəksiniz. Sizcə, bu adam hardan peyda oldu? Niyə yük maşınıyla toqquşanda ona heç nə olmadı?

Bahadur Seyidov / Demedia.az