15 gündə 12 kq arıqlamaq... - SU PƏHRİZİ ilə bağlı araşdırma
Bəziləri arıqlamaq istəyini müasir dövrün problemi, bəziləri də ən son arzu dəbi kimi dəyərləndirir. Əsas odur ki, hamı, lap elə hamımız artıq çəkini dərd eləyirik...
Arıqlamaq üçün min üsul tapırıq, yenə min birinci üsulu axtarırıq... Bu gün sizə arıqlamağın min birinci üsulu sayılan su pəhrizindən danışacağam.
Təsəvvür edin, su içərək 15 gündə 12 kq arıqlaya bilirsiniz... İnanılmaz səslənir, deyilmi? Əslində isə, mümkündür. Su pəhrizinin nə vaxt meydana çıxdığı barədə dəqiq məlumat yoxdur. Yeganə bilinən mənbə odur ki, bu haqda ilk məqalə 1977-ci ildə ABŞ-da yayımlanıb. Su pəhrizinin əsas düsturu budur: soyuq içilən suyu öz temperaturuna uyğunlaşdırmaq üçün orqanizm kalori yandırır, enerji sərf edir... Bu məntiqlə, gün ərzində nə qədər çox su içilərsə, o qədər də çox kalori yandırılır.
Digər tərəfdən, yediyimiz yemək öynələrinin arasında içilən su mədəmizin dolmasına, dolayısıyla, özümüzü tox hiss etməmizə səbəb olur. Çox su içmək böyrəklərin sürətlə işləməsinin, nəticədə, toksinlərin orqanizmdən daha tez atılmasının da təməlidir. Su pəhrizi necə olur? Su pəhrizi zamanı bir insan normalda içdiyi mayeləri içir. Menyusuna 2 litr su əlavə edir. Və bu suyu gün ərzində 8 dəfəyə qəbul edir. Məcbur deyil ki, içiləcək suyun nəsə xüsusi özəlliyi olsun. Təki buzlu su olmasın. Su pəhrizinin faydaları və zərərləri Su pəhrizi əlavə xərc tələb etmir. Evdəki kran suyu ilə də pəhrizinizə davam edə bilərsiniz. Yeganə yan təsiri çox su içən adamın qarnında yaranan şişkinlik və suya qarşı həssaslaşmasıdı.
Bəzi mütəxəssislər bu prosesi pəhriz hesab etmir. Onlar su pəhrizi zamanı əlavə proqramların, idman məşğuliyyətinin məcburi olmadığına əsaslanırlar. Onların dediyinə görə, normal bir insan orqanizminin gündəlik su tələbatı elə 1,5-2 litrdir. Qeyd edim ki, indiyədək su pəhrizi ilə bağlı heç bir elmi araşdırma aparılmayıb. Lakin, dünya üzrə minlərlə insan su pəhrizi vasitəsilə artıq çəkidən azad olub və sağlamlığına qovuşub. Bir ildə, ən azı, 15-20 kq arıqlamaq kimi nəticəni başqa pəhrizlərlə əldə etmək çox çətindir.
Su pəhrizinin saxlanılmasının şərtləri aşaıdakılardır: Səhər-1 stəkan ilıq limonlu su, 1 stəkan portağal suyu qaırşımı için, 6 ədəd çiyələk, 2 dilim təzə ananas, 2 qaşıq yulaf əzməsi yeyin. Naharadək- 1 stəkan cökə, yaxud çobanyastığı çayı, 1 stəkan ilıq su, 1 stəkan zəncəfil tozu qarışdırılmış çay için. Naharda- 2 stəkan su için, 2 ortaboy kasa tərəvəz şorbası, bol göyərtili salat ( pomidor, xiyar, soğan, acıtərə, turp, cəfəri) yeyin. Nahar və axşam yeməyi arasında- ilk olaraq 3 ədəd qoz yeyin. Nahardan 2 saat sonra- 2 dilim ananas, 1 alma yeyin, 1 stəkan zəncəfil tozu qarışdırılmış çay için. Nahardan 3 saat sonra-1 dilim pendir, 1 dilim buğda çörəyi, pomidor, xiyar, cəfəri yeyin, 1 stəkan çobanyastığı çayı için. Axşam:- 2 stəkan çay için, 2 ortaboy kasa tərəvəz şorbası, 1 porsiya tərəvəz soyutması, 1 qutu probiotik qatıq yeyin. Axşam yeməyindən 1 saat sonra-2 dilim ananas, 15-20 dənə qara üzüm giləsi, 4 təzə ərik yeyin, 2 stəkan ilıq limonlu su için. Əgər aranızda su pəhrizi ilə arıqlayan varsa, təcrübəsini rəylərdə bizimlə bölüşə bilər.
Bahadur Seyidov / Demedia.az