Ölümdən sonra şüur ​​nə qədər açıq qalır? - ŞOK ARAŞDIRMA



 20:10 30.09.2022     971

Ölüm insanları ən çox düşündüyü şeylərdən biridir. 

Ölüm bir dəfə gəlir və geriyə dönüş yoxdur. Ölümlə bağlı bir çox ehtimal düşünülürsə, şüur ​​da bu düşüncələr arasındadır. Həqiqətənmi həyatımız bir film lenti kimi gözümüzün qarşısından keçir? 

Böyük Britaniyanın Bangor Universitetinin koqnitiv nevrologiya professoru Guillaume Thierry, beynin bədəni tərk etdikdən sonra məlumatı emal etməyə nə qədər davam edəcəyi barədə çox araşdırma aparıb. Deyirlər ki, o, Fransa İnqilabı tarixini oxuyanda və “gilyotin” anlayışı ilə tanış olanda bu məsələ onun beynini məşğul edib. Gilyotin ölüm hökmündə olan şəxsin başını kəsmək üçün istifadə edilən alətdir.

İndiyə qədər aparılan tapıntılar göstərib ki, beyin ürəyi dayandıqdan 6 dəqiqə sonra ölür. Alim əlavə edib ki, ölüm anında beyində pisləşmə geri dönməz həddə çatır və həmin an şüur ​​hiss etmək qabiliyyətini itirməyə başlayır. Siçanlar üzərində aparılan təcrübələrə görə, huşunu itirdikdən bir dəqiqə sonra sinir fəaliyyətinin dayandığı müşahidə edilib və bu fərziyyəni təsdiqləyən nəticələr tapılıb.

Ancaq alim Guillaume Thierryə görə, insanlarda bu müddət daha uzun ola bilər. Bu yaxınlarda apardıqları təcrübədə alimlər 87 yaşlı epilepsiya xəstəsini araşdırmaq üçün elektroensefaloqrafiya (EEQ) cihazından istifadə ediblər. Lakin xəstə infarktdan dünyasını dəyişib və bu gözlənilməz hadisə alimlərə ilk dəfə ölən insanın beyin fəaliyyətini qeydə almağa imkan verib. Bu təcrübə nəticəsində beyin ölüm prosesi zamanı 15 dəqiqə aktiv olaraq qalıb. Thierry isə bu məsələ ilə bağlı ekstremal vəziyyətlər yaşayan insanların 6, 7, 8 və hətta 10 dəqiqə sonra həyata qayıda biləcəyini, buna görə də beynin bağlanmasının nəzəri olaraq saatlarla çəkə biləcəyini ifadə edib.

Aysun / Demedia.az