İnanılmaz HADİSƏ: Gözü önündə dəfn olundu - Bir neçə saat sonra...



 19:37 30.09.2022     720

İngiltərədə kafe işçisi olan, adını açıqlamaq istəməyən şəxs yaşadığı inanılmaz hadisəni sosial şəbəkədə paylaşıb. 

Demedia.az xəbər verir ki, Biff adlı pişiyinin ölərək öz əlləri ilə basdırıldığını bildirən şəxs dəfn mərasimindən bir neçə saat sonra məhəllə sakininin qucağında pişiyinin kafeyə girdiyini görəndə şoka düşüb.

O sosial şəbəkədə yazıb: "Bu gecə bir nəfər avtomobilin vurması nəticəsində ölən pişiyi ilə kafeyə gəldi. Biz onun öz pişiyimiz olduğunu düşündük və dəfn etdik. Amma bir neçə saatdan sonra pişik sağ-salamat evə qayıtdı”.

Məlum olub ki, kafe sahibi və ailəsi təsadüfən avtomobil vurduqdan sonra ölən, lakin öz pişiyi Biffə bənzəyən fərqli pişiyi basdırıblar.

Aysun / Demedia.az