Türkiyənin "referendum"la bağlı mövqeyinə Rusiyadan münasibət bildirildi
“Türkiyənin Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinə etiraz etməsi iki ölkə arasındakı münasibətlərə təsir etməyəcək”.
Demedia.az xəbər verir ki, bu barədə rusiyalı senator Vladimir Cabarov açıqlama verib. O bildirib ki, bundan əvvəl Türkiyə Krımın ilhaqını da tanımayıb. Senatorun sözlərinə görə, Türkiyənin Krımın ilhaqına etiraz etməsinə baxmayaraq iki ölkə arasında münasibətlər davam edib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin mövqeyinin açıq olduğunu və işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsini tanımayacaqlarını ifadə edib.
Bahadur Seyidov