Ərəb Dövlətləri Liqasından Yəməndəki atəşkəs barədə açıqlama
Avropa Birliyindən sonra Ərəb Dövlətləri Liqası Yəməndəki atəşkəs barədə açıqlama verib.
Demedia.az xəbər verir ki, Ərəb Dövlətləri Liqası atəşkəsin uzadılmamasından narahatlıq ifadə edib. Açıqlamada Husilərə çağırış edilərək, Yəmən xalqının təhlükəsizliyi üçün atəşkəsin müddətinin uzadılmasının vacib olduğu bildirilib. Bildirilir ki, Yəmən hökuməti atəşkəsin müddətinin uzadılmasında maraqlı olsa da, Husilər hələlik müsbət cavab verməyiblər.
Qeyd edək ki, Yəməndə atəşkəs başa çatmaq üzrədir.
Bahadur Seyidov