Ukraynanın dənizə çıxışı məhdudlaşdı
Krımdan sonra Luqanskı, Donetski, Xersonu və Zaporojye vilayətlərini də ilhaq edən Rusiya Ukraynanın Qara dənizə çıxışını məhdudlaşdırıb.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, daha 4 vilayətin Rusiyanın nəzarətinə keçməsindən sonra Ukraynanın Qara dənizə çıxışı Odessa vasitəsilə qalıb. Lakin bu, Ukrayna üçün elə də əlverişli deyil.
Qeyd edək ki, Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində keçirilən saxta referendumdan sonra bu ərazilər Rusiyaya birləşib. Rusiya indiyə qədər Ukraynanın 20 faizə qədər ərazisini işğal edib.
Bahadur Seyidov