Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiya tətbiq edir
Avropa Birliyi Rusiya vətəndaşlarına verilən vizalarla bağlı yeni məhdudiyyətlər tətbiq etmək istəyir.
Demedia.az xəbər verir ki, Avropa Birliyi bununla bağlı yeni qaydalar hazırlayıb. Qaydalar arasında viza müraciətlərinin daha ətraflı araşdırılması və viza müraciətlərinin təkcə Rusiyadan qəbul edilməsi kimi tələblər var. Məlumata görə, Avropa Birliyi Kremlin nüvə təhdidləri ilə bağlı hədələrinə cavab olaraq belə qərar verib.
Qeyd edək ki, bundan əvvəl Avropa Birliyi Rusiya vətəndaşlarına vizaların verilməsi qaydalarında dəyişiklik etmiş, vizaların verilməsinə məhdudiyyətlər tətbiq etmişdi.
Bahadur Seyidov