Alimlər Marsda həyat axtarır
Elm adamları Mars planetində su olduğuna dair yeni sübutlar əldə ediblər.
Demedia.az xəbər verir ki, Kembric Univeristetinin rəhbərliyi altında aparılan araşdırmalar nəticəsində belə dəlillər əldə edilib. Elm adamları Marsın cənub qütbündəki donmuş ərazidə su ola biləcəyini irəli sürüb. Alimlər hesab edir ki, belə soyuq havada suyun maye halında qala bilməsi üçün onun tərkibi çox duzlu olmalıdır. Alimlər belə şəraitdə canlı orqanizmin ola biləcəyini inkar edir. Lakin keçmişdə iqlimin əlverişli olduğu vaxtda ərazidə canlı orqanizmlərin yaşadığı istisna edilmir.
Bahadur Seyidov