Rusiyalı iş adamlarının 30 milyard avro dəyərində sərvəti dondurulub



 15:48 03.10.2022     436

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri rusiyalı iş adamlarının ümumilikdə 30 milyard avro dəyərində sərvəti dondurulub.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyindən məlumat verilib. Açıqlamaya görə, dondurulan sərvətlər müxtəlif ölkələrdə yerləşir. Rus iş adamlarına ən az sanksiyanı Macarıstan tətbiq edib. Macarıstan dondurulan ruslara məxsus sərvətin dəyəri 3 min avrodur. Lakin bəzi Avropa ölkələrində bu göstərici 1 milyard avronu ötür. Bildirilir ki, bundan sonra məhkəmənin qərarı ilə dondurulan sərvətlər ələ keçiriləcək.

Bahadur Seyidov