Avropa Birliyi ölkələrində inflyasiya rekord səviyyəyə çatıb



 16:54 03.10.2022     339

Avropa Birliyi bölgəsində illik inflyasiya 10 faizə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Statistika Ofisi məlumat yayıb. Bildirilir ki, bu, indiyə qədər qeydə alınmış rekord göstəricidir. Ofisin açıqlamasına görə, inflyasiyanın artmasına əsas səbəb enerjinin qiymətinin bahalaşmasıdır. Bu sahədə illik inflyasiya 40,8 faizdir. Qida və digər məhsullarda da qiymət artımı olub. Avropa ölkələri üzrə ən çox inflyasiya 10,9 fazi Almaniyada, 9,5 faiz İtaliyada, 9,3 faiz Belçikada olub.

Qeyd edək ki, Avropa Statistika Ofisi inflyasiya rəqəmlərini 1997-ci ildən bəri qeydə almağa başlayıb.

Bahadur Seyidov