"Toivo Klaarın Pelosidən heç bir fərqi yoxdur" - Zaur Məmmədov



 13:33 03.10.2022     614

"Avropa Ittifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar vəzifəsindən azad edilməlidir".

 Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Toivo Klaar açıq-aşkar ermənipərəst siyasət yürüdür:

"Pelosidən heç bir fərqi yoxdur.

Bu gün ölkəmizə qarşı aparılan qaralama kampaniyasına qoşulan müxtəlif ölkələrdən olan bloqqerlərə yaşıl işığı məhz Klaar yandırdı.

Azərbaycanı hərbi cinayətlərdə günahlandıran kəslər 44 günlük müharibə zamanı Gəncənin, Bərdənin, Tərtərin bombalanmasına susdular.

Dünya budur".

Xəyalə Məmmədova / Demedia.az